Bərdədə bir-birinin ardınca iki yol nəqliyyat hadisəsi baş verib. Hər iki qəzada ümumilikdə üç nəfər müxtəlif bədən xəsarətləri alıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, qəzalardan birində "VAZ 2107" markalı 90 DV 075 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək yol kənarındakı piyadalar üçün nəzərdə tutulan daş səkiyə çırpılıb. Nəticədə sürücü 23 yaşlı Fuad Abbasov xəsarət alıb.
Sürücü dərhal Bərdə rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Sol diz qapağının yerdəyişmiş sınığı diaqnozu qoyulan sürücünün həkim müdaxiləsindən sonra vəziyyəti kafidir.
Digər yol nəqliyyat hadisəsi zamanı isə iki minik avtomobili toqquşub. Nəticədə iki nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar dərhal Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkim müdaxiləsindən sonra hər iki xəstənin vəziyyəti qənaətbəxşdir.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB