Maşın dumana düşərək su kanalına düşüb, bir nəfər ölüb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, ötən gün səhər saatlarında Saatlı rayonu Sarıcalar kəndi ərazisində Qaranuru kənd sakini sürücü 38 yaşlı Alim Orucəli oğlu Mehdiyev idarə etdiyi SAZ markalı avtomaşınla bir neçə fəhləni pambıq yığımına apararkən havanın sərt dumanlı olmasına görə yolu görməyib və idarəetməni itirərək avtomaşını Şor su kanalına aşırıb.
Maşının kanala aşması nəticəsində avtomaşının yük hissəsində olan Saatlı rayon Sarıcalar kənd sakini 44 yaşlı Mehbarə Məmmədəli qızı Səfərova aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Saatlı rayon polis şöbəsində AR CM nin 263.2 ci maddəsi ilə cinayət işi başlanıb, hal hazırda istintaq aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB