Türkiyədə son zamanlar baş verən ağır yol qəzaları ölənlərin sayının günü- gündən artmasına səbəb olur. Bu dəfəki qəza isə Türkiyənin Gümüşhanə vilayətində olub. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, Kelkit rayonunda 10 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Qəza ağır tonnajlı yük avtomobili ilə toqquşan mikroavtobusun dərəyə yuvarlanması nəticəsində meydana gəlib. Məlumata görə, daha sonra yük avtomobili də mikroavtobusun üstünə düşüb. Qəzada mikroavtobusun sürücüsü və daha 9 nəfər ölüb. Yük avtomobilinin sürücüsü və mikroavtobusun 2 sərnişini aldıqları xəsarətlərlə xəstəxanaya çatdırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB