"Azərbaycanın enerji sistemində yaranan problemlər nəticəsində 06:44-dən ehtibarən fəaliyyətini dayandıran Bakı Metropoliteni 09:45-də öz işini bərpa edib". Bakı Metropolitenin rəisi Tağı Əhmədov SİA-ya verdiyi açıqlama belə deyib.
Qeyd edək ki, bu səhər Mingəçevirdəki "Azərbaycan" İstilik Elektrik Stansiyasını ildırım vurması nəticəsində respublikanın bəzi rayon və şəhərlərində, həmçinin Bakının enerji təminatında problemlər yaranıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB