Müəlliməsini bıçaqlayan şagird

Müəlliməsini bıçaqlayan şagird

İzmirin Qarabağlar mahalında 14 yaşlı 8-ci sinif şagirdi dərsdə müəlliməni bıçaqlayıb. Ağır yaralanan 40 yaşlı müəllimə "Özel Baki Uzun Hastanesi"-nə aparılan zaman çox qan itirdiyinə görə yolda keçinib. Həkimlər 4 müxtəlif nahiyədən yaralanan müəlimənin qara ciyərinin ölümcül dərəcədə parçalandığını bildirib.

Hadisə yerinə baxış keçirən polislər isə şagirdin müəlliməni bıçaqlama səbəbini açıqlayıblar. Məlum olub ki, şagird ötən gün dərsə gecikdiyinə görə müəllimə tərəfindən danlanılıb. Bunun qarşılığında isə 14 yaşlı yeniyetmə müəlliməni bıçaqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə