Bu gün səhər saatlarında Sabunçu rayonunun ərazisində "Otoyol" markalı sərnişin avtobusunda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, nəticədə avtobus yararsız vəziyyətə düşüb. Yanğın söndürülərək, yaxınlıqdakı tikililər alovdan mühafizə olunublar. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB