Haciqabulda silah-sursat aşkar edilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə Hacıqabul rayon polis şöbəsinin növbətçi hissəsinə daxil olmuş məlumat əsasında polis şöbəsinin əməkdaşları tərəfindən Muğan yolunun sağ tərəfində yarı uçulmuş binada əməliyyat-axtarış tədbirləri keçirilib. Əməliyyat zamanı həmin binada 2 ədəd F-1, 1 ədəd RQD əl qumbarası, 3 ədəd əl qumbarasının alışqanı, 15 ədəd tratil şaşki, 1 ədəd süngü bıçağı aşkar edilərək götürülüb. Faktla bağlı rayon polis şöbəsində təhqiqat işləri aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB