Türkiyədə Samsunun Terme qəsəbəsində içməli sudan kütləvi zəhərlənmə halı baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, qəsəbədə yaşayan təxminən 600 nəfər eyni şikayətlə həkimə müraciət ediblər.
Onların hamısı temperaturun yüksəlməsindən, qusmadan, mədə pozğunluğundan şikayətçi olduqlarını bildiriblər.
Kütləvi zəhərlənmə ilə əlaqədar olaraq, içməli su nümunələri ekspertizadan keçirilmək üçün laboratoriyalara göndərilib.
Terme qəsəbəsinin valisi Fahri Meral isə açıqlamasında deyib ki, zərərçəkənlərin 18 nəfərində zəhərlənmənin daha ağır forması müşahidə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB