Şirvanda 2 yaşlı uşaq 4-cü mərtəbənin eyvanından yıxılaraq öldü. SİA-nın Aran bürosunun verdiyi məlumata əsasən, bu gün səhər saatlarında Şirvan şəhəri 20 Yanvar küçəsi bina 12 A, mənzil 33-də yaşayan 2010-cu il təvəllüdlü İbişov Ömər Asif oğlu eyvandan yıxılıb. İki yaşlı uşaq stulun üstünə çıxıb, oradan isə eyvanın divarı üstündən asılmış döşəyin üstünə çıxıb və sürüşərək 5 mərtəbəli binanın 4-cü mərtəbəsindən yerə düşüb. Uşaq Şirvan Mərkəzi Xəstəxanasına çatdırılsa da aldığı xəsarətlərdən dünyasını dəyişib.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB