Sentyabrın 16-da Badamdar qəsəbəsinda yaşayan Züleyxa Eyvazovanın evindən eyvandan keçmə yolu ilə içərisində 3000 manat və qızıl-zinət əşyalır olan seyf oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Səbail rayon Polis İdarəsinin 8-ci Pois Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Cavidan Hacıyev və Rahim Heydərov haqqında həbs qətimkan tədbirləri görülüb.
Həmçinin iyulun 20-nə keçən gecə Bakı-1 küçəsində yaşayan Rəsmiyyə Abbasovanın evindən açıq qapıdan daxil olma yolu ilə 930 manat oğurlanıb. Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Goranboy rayon sakini Namiq Rüstəmov ötən gün həbs olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB