Sentyabr ayının 20-si gecə saatlarında Gəncə şəhər sakini 1990-cı il təvəllüdlü Kərimov Elvin Əzim oğlu, Samux rayon sakini 1968-ci il doğumlu Bayramov Şirin Yaşar oğlunu qətlə yetirib. Göygöl rayonun Qızılca kəndi istiqamətində mal bazarı adlanan ərazinin yaxınlığında baş verən hadisə nəticəsində Elvin Kərimov Şirin Bayramova ilk olaraq 3 bıçaq zərbəsi endirib. Yaralının ölmədiyini gördükdə isə onunun boğazını kəsib.
Cinayətkar hazırda Göygöl rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutulub. Hazırda faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB