Etibarından sui-istifadə etdi

Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, sentyabrın 15-i saat 18:30 radələrində metronun "Nizami" stansiyasının çıxışında naməlum şəxs Svetlana Viktorovnanın etibarından sui-istifadə edərək, Beynəlxalq Banka məxsus bankomatdan hesabında olan 150 manat pulu çıxarıb. Metropolitenin Polis Şöbəsində Cinayət-Axtarış Qrupunun əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 161-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olan Əli Nuriyev həbs edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə