Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 61 yaşlı Rövşən Camal oğlu Kərimovun saxlandığı kamerada meyidi tapılıb.
O, 2001-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.
Mərhum Cinayət Məcəlləsinin 150.2, 150.3 (bir qrup şəxslə seksual xarakterli zorakılıq hərəkətləri etməsi, zərərçəkmiş şəxsin ölümünə səbəb olma) və 234-cü (narkotik maddə saxlama və istifadə etmə) maddələri ilə təqsirli bilinib.
Həkim rəyinə görə, R.Kərimov ürək tutmasından ölüb. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB