Cəlilabadda dəhşətli qəza, ölənlər var

Cəlilabadda dəhşətli qəza, ölənlər var

Cəlilabad rayonunda ölümlə nəticələnən dəhşətli yol-nəqliyyat qəzası baş verib. Hadisə sentyabrın 19-da saat 22.00 radələrində Ələt-Astara magistralının 138-ci kilometrliyində - rayonun broyler-quşçuluq fabrikinin yaxınlığında qeydə alınıb. Sürücülərinin şəxsiyyətləri hələlik məlum olmayan "Mersedes", "VAZ-21012" və "VAZ-2104" markalı avtomobillərin zəncirvarı toqquşması nəticəsində bu maşınlardakı sürücü və sərnişinlərdən 2 nəfər hadisə yerində ölüb, 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Müalicə Diaqnostika Mərkəzinə, Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına və Masallı Rayonlararası Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin əməkdaşları hadisə yerində araşdırmalara başlayıblar. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə