Dünən axşam saatlarında Səbail rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, Neftçilər prospektində, "Park İNN" otelinin qarşısında 1991-ci il təvəllüdlü Həsənov Orxan Mirfazil oğlunun idarə etdiyi "Honda" markalı motosikl idarəetmədən çıxıb. Yüksək sürətlə Bakı Bulvarının ərazisinə daxil olan motosikl ağaca çırpılıb. Nəticədə 21 yaşlı sürücü hadisə yerində keçinib.
Qeyd edək ki, ölən gənc paytaxtın Nəsimi rayonu sakinidir. Fakt üzrə araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB