Şirvanda sərxoş sürücü qarşısındakı maşını vurub dərəyə atıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, ötən gecə saat 12:02 radələrində Şirvan şəhərinin 1 May küçəsində avtomobil qəzası baş verib. Belə ki, sərxoşluqdan ayaq üstə dayana bilməyən Sabirabad rayonun Dadaşbəyli kənd sakini 1968-ci il təvəllüdlü Rüstəmov İmran İbrahim oğlu idarə etdiyi "VAZ 21099" markalı 21 BB 099 nömrəli avtomobillə 1 May küçəsində Sabirabad istiqamətdə hərəkət edən zaman, qarşısında gedən Şirvan sakini, 1974-cü il təvəllüdlü sürücü Xamadıyev Fərhad Mixayıl oğlunun idarə etdiyi "Moskviç" markalı 54 BE 239 nömrəli maşını arxadan vuraraq yoldan çıxarıb və dərəyə atıb. Nəticədə sərxoş halda olan sürücü özü xəsarət alıb.
Faktla bağlı Şirvan Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB