Şirvanda yanğın

Şirvanda yanğın hadisəsi qeydə alınıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, yanğın Şirvan şəhərinin Heydər Əliyev prospektində vətəndaş Rüstəm Vəlibəyova .məxsus 2 otaqlı mənzildə baş verib. Yanğın zamanı ev mənzilin əşyaları ilə birlikdə tamamı ilə yansa da, xoşbəxtlikdən xəsarət alan olmayib. Həmin vaxt evdə olan ana və onun azyaşlı uşağı xəsarət almadan çölə çıxaraq canlarını xilas edə biliblər. Ev sahibinin dediyinə görə, yanğına səbəb televizoru qoşduqdan sonra partlayış baş verib və odlu alov yaranıb.

Hadisə yerinə gələn Şirvan Yanğından Mühavizə Xidmətinin əməkdaşları yanğının qarşısını alsalarda evdə olan əşyalar yanaraq yararsız hala düşüb. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə