Qubada iki nəfər dünyasını dəyişdi

Qubada iki nəfər dünyasını dəyişdi

Qusarda ölümlə nəticələnən yol-nəqliyyat hadisə baş verib. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, Qusar rayonu ərazisində Samur-Həzrə yolunun 5-ci kilometrliyində, İmişli rayon sakini 29 yaşlı Səxavət Rzayevin idarə etdiyi "Volkswagen Touareg" avtomobili aşıb. Qəza nəticəsində avtomobildə olan sərnişin, Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasının Tabasaran rayon sakini Ruslan Ramazanoviç İbrahimov hadisə yerində ölüb. Avtomobilin sürücüsü S. Rzayev isə Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, hadisə ilə bağlı Qusar rayon Polis Şöbəsinin istintaq bölməsi tərəfindən araşdırılır. İlkin məlumata görə, hər iki şəxs Rusiyanın müxtəlif şəhərlərində ticarətlə məşğul olub.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə