Taksi sürücüsü intihar etdi

Şirvanda intihar hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi xəbərə görə, bu gün günün 1-ci yarısı Şirvan şəhəri Xəqani küçəsi ev 23-də yaşayan Abbasov Ağasəf Baxış oğlu özünü Kür çayına ataraq intihar edib. Əldə etdiyimiz məlumata görə, həmin şəxs 1 il 6 aydır ki, Salyan rayonun Qaraçala kəndindən Şirvan şəhərinə köçüb və taksi sürücüsü işləyib. İntihar etməsinin səbəbi isə kimlərəsə pul borcunun olması olub.

Qeyd edək ki, faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə