Diaspora rəhbəri sui-qəsddən danışdı

Diaspora rəhbəri sui-qəsddən danışdı

İslam Hüseynov: "Sui-qəsdin arxasında Təhqiqat Komitəsinin sədri Yevdokimov, müstəntiq Vinaqradov, müstəntiq Polzunov, regional prokurorluğun xüsusi mühüm işlərin təhqiqatı şöbəsinin rəhbəri Kireyev durur"

Bir qədər əvvəl sui-qəsd nəticəsində yaralanmış Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk regional şöbəsinin rəhbəri İslam Hüseynov baş verən hadisələrə görə, Rusiya Federasiyası Təhqiqat Komitəsinin Ulyanovsk bölməsinin rəhbərliyini günahlandırıb. Bu barədə Moskva müxbirinə açıqlama verən İslam Hüseynov sui-qəsdi Təhqiqat Komitəsinin həbsdən azadlığa buraxdığı quldurların törətdiyini deyib: "Ulyanovsk Təhqiqat Komitəsinin həbsdən azad etdiyi quldurlar məni güllələyiblər. Bu gün günorta saatlarında iki naməlum şəxs ofisimə gəlmişdi. Şəxsi mühafizəçim İqor iş otağıma gələrək mənimlə iki nəfərin görüşmək istədiyini bildirdi. İqor onları içəri dəvət edən onlardan birinin əlində silah olduğunu gördüm. Biz onlarla davaya başladıq, onlar atəş açdılar. Mən yerə yıxıldım, ayağa qalxanda İqorun qan içində yerə yıxıldığını gördüm. Məni başımdan vurdular, İqoru isə ürəyindən. Hücum edənləri təqib etmək istədim, amma gücüm çatmadı. İqor ləyaqətli və vicdanlı adam idi, səkkiz ildir bir yerdə işləyirdik, mənə qardaşdan da yaxın idi. Həyatımı ona borcluyam və indi ömrü boyu ailəsinin qarşısında borcluyam. Onlara kömək edəcəyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə