Bərdə Ağdam magistral yolunun Bərdənin Kətəlparaq kəndi ərazisindən keçən hissəsində ağır avtoqəza baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə,"VAZ 2106" markalı 90 CN 316 dövlət nömrə nişanlı avtomaşınla "OKA" markalı 08 BC 089 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Qəza nəticəsində "OKA" markalı avtomaşının sürücüsü 57 yaşlı Ağdam rayon sakini Süleyman Dadaşov dünyasını dəyişib. Hadisə nəticəsində müxtəlif xəsarətlər alan digər üç nəfər, 25 yaşlı Rəhimov Rəhim Cümşüd oğlu, Aslanov Rasim Dəmir oğlu və Məmmədov Tapdıq Həsən oğlu isə dərhal Bərdə rayon Mərkəzi Xəstəxanasına gətiriliblər.
Xəstələrə həkim müdaxiləsindən sonra hər üç xəstənin vəziyyəti kafidir.
Qeyd edək ki, faktla bağlı Bərdə şəhər Prokurorluğunda və Yol Polisi Bölməsində araşdırmalar aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB