Azərbaycanda zəlzələ baş verib

Xəzərin Azərbaycan sektorunda zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 23.15:10-da, Lənkəran şəhərindən 42 km Şimali-Şərqdə Xəzər dənizində qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.20, dərinliyi 8 km olub. Zəlzələ hiss olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə