Bərdədə piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, şəhərin Heydər Əliyev prospektində baş verən hadisədə Ağdam rayon sakini Elmir Rzayevin idarə etdiyi "QAZel" markalı yük maşını yolda idman məqsədi ilə velosiped sürən Bərdə şəhər sakini Seymur Həsənovu vurub.
Yaralı dərhal rayon Mərkəzi Xəstəxanasına aparılsada onun həyatını xilas etmək mümkün olmayıb. O xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.
Qeyd edək ki, faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Hadisəyə hüquqi qiymət isə araşdırmalardan sonra veriləcək.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB