Paytaxt 2 gündür yanır

Ankarada baş verən meşə yanğınını hələ də söndürmək mümkün olmayıb. Yanğın nəticəsində təxminən 100 hektar meşə ərazisi yanıb. Yanğın dünəndən etibarən Qazan vilayətinin Bazar kəndində başlayıb. Artıq 2 gündür davam edən yanğının səbələri hələ də məlum deyil.

Qeyd edək ki, yanğının söndürülməsi üçün hadisə yerinə 30 yanğın söndürən maşın, təxminən 100 nəfərlik yanğınsöndürmə qrupu cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə