Bərdənin Zümürxan kəndi ərazisində iki minik maşını toqquşub. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, qəza zamanı minik maşınlardan birinin sürücüsü Baloğlan Musayev hadisə yerində keçinib. Digər avtomobildə olan iki nəfər isə xəsarət alıb. Yaralılar ətrafda olan insanların köməyilə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, xəstəxanada olan hər iki yaralının vəziyyəti kafidir. Faktla bağlı Bərdə Polis Şöbəsi tərəfindən araşdırma aparılır .
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB