Nəsimi rayonunda qeyri-adi qəza

Bakının Nəsimi rayonu ərazisində, Hənifə Ələsgərov küçəsində heç də həmişə rast gəlinməyən yol qəzası qeydə alınıb. SİA-nın verdiyi məlumata görə, nəqliyyat vasitəsini idarə edən sürücü idarəetməni itirərək qazıntı aparılan sahədəki çuxura yuvarlanıb. Rusiya səfirliyinin arxası - Topçubaşov küçəsi ilə hərəkət edən "Subaru" markalı maşın Hənifə Ələsgərov küçəsinə dönərkən qazıntı işləri aparılan dahəyə girib. Hadisə yerinə zamanında gələn Dövlət Yol Polisi İdarəsinin əməkdaşları əraziyə baxış keçirərək akt tərtib ediblər.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Mamed BAĞIROV

Bütün xəbərlər Facebook səhifəmizdə