Xankəndində tank maşınla toqquşub

Xankəndində tank maşınla toqquşub

Dünən Xankəndində ağır yol qəzası baş verib. Xəbəri Ermənistan KİV-i yayıb. Məlumata görə, xəstəxanadan bir qədər aralıda tank daşıyan "Uraqan" markalı iki avtomobil qəzaya uğrayıb. Bir-biriləri ilə toqquşan avtomobillərdən birində yerləşən tank isə qarşıda hərəkət edən dövlət nömrə nişanlı başqa bir avtomobillə toqquşub.

Qəza nəticəsində tank aşıb. Yoxlama zamanı tank daşıyan "Uraqan" markalı avtomobillərin icbari sığortasının olmadığı və texniki baxışdan keçmədiyi məlum olub.

Bütün xəbərlər Facebook səhifəmizdə