28 may küçəsində yerləşən Səməd Vurğun bağı yaxınlığında 30 saylı "Daewoo" markalı sərnişin avtobusu ilə188 nömrəli "Daewoo" markalı sərnişin avtobusu ilə toqquşub. SİA-nın məlumatına görə, 30 saylı sərnişin avtobusunun sürücüsü İsmayılov Musa bildirib ki, 188 nömrəli avtobus dayanacağı tərk edərkən qarşısındakı maşın gözlənilmədən əyləci basıb. Arxadan gələn 30 saylı avtobusun sürücüsü avtobusu saxlaya bilməyib və 188 saylı avtobusla toqquşub. Hadisə nəticəsində sərnişinlərdən biri yüngül xəsarət alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB