Yerindəcə dünyasını dəyişdi

Yerindəcə dünyasını dəyişdi

Bərdə rayonu ərazisində ölümlə nəticələnən avtomobil qəzası baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Yevlax-Horadiz yolunun Bərdə rayonunun Mehdili kəndindən keçən hissəsində baş verən qəza nəticəsində bir nəfər dünyasını dəyişib. Hadisə şahidlərinin dediyinə görə, avtoqəzaya avtomobilin sürət həddini aşması səbəb olub. Belə ki, soğan yüklü "QAZel" markalı, Az 20 BX 584 dövlət nömrə nişanlı yük avtomobili yüksək sürətlə sərt döngəyə daxil olub. İdarəetməni itirən sürücü avtomaşını qəzadan qaçıra bilməyib. Sürücü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Bərdə rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə bildirilib ki, sürücünün şəxsiyyətini məlum edə bilmədikləri üçün, meyit Yevlax şəhər morquna göndərilib. Yevlax şəhər morqundan mərhumun şəxsiyyəti ilə bağlı açıqlama verilməsə də, onun bu gün səhər saatlarında yaxınlarına təhvil verildiyi bildirilib.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə