İki maşın toqquşdu, 3 nəfər xəsarət aldı

İki maşın toqquşdu, 3 nəfər xəsarət aldı

Şirvanda baş verən yol-nəqliyyat hadisəsi zamanı sərnişin daşıyan mikroavtobus aşıb, 3 nəfər xəsarət alıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, bu gün saat 18:00 radələrində Şirvan şəhərinin Ş.Qurbanov küçəsində sürücü 1969-cu il təvəllüdlü Abasov Şövqi Bəhrəm oğlu idarə etdiyi 10 OC 785 nömrəli sərnişin daşıyan Mikroavtobusla hərəkətdə olarkən yol kəsişməsindən sürətlə gələn, Salyan sakini, 1992-ci il təvəllüdlü Kərimzadə Xəyal Babanəzər oğlunun idarə etdiyi VAZ 2107 markalı 10 GZ 766 nömrəli avtomobillə toqquşub.

Nəticədə mikroavtobusda olan sərnişinlərdən 3 nəfər - Şirvan sakinləri, 1983-cü il təvəllüdlü Əhmədov Emil Vaqif oğlu, 1981-ci il təvəllüdlü Musayeva Xalidə Allahpayı qızı, 2004-cü il təvəllüdlü Əmrahova Aytən Əli qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan şəhər mərkəzi xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı Şirvan Polis şöbəsində araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə