Qumsalda yürüş edən qadının üzərinə qəfildən 400 tonluq qaya parçası düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İngiltərədə Derbyshire bölgəsində tətil edən 23 yaşındakı Şarlotte Blakman, atası və sevgisi ilə qumsalda yürüşü zamanı 46 metr yüksəklikdəki uçurumdan düşən 400 tonluq qaya parçasının altında qalaraq həyatını itirib.
Qeyd edək ki, qayalıqların üst hissəsində olan və qorxunc hadisənin şahidi olan Şarlottenin əmisi Qeri Rafferti bildirib ki, nəhəng qaya parçası torpaq sürüşməsindən sonra Şarlottenin üzərinə düşüb.
Mənzər Ərçəqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB