Bakının mərkəzi prospektində ağır yol qəzası: ölən və yaralananlar var
Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə bu gün saat 20.00 radələrində Heydər Əliyev prospektində qeydə alınıb. "VAZ-2107" markalı avtomobil yol hərəkəti qaydasını pozaraq yolun əks istiqamətinə çıxıb və bu zaman qarşıdan gələn "VAZ-2107" markalı maşınla toqquşub. Nəticədə nəqliyyat vasitəsi sürücülərindən biri hadisə yerində dünyasını dəyişib. Digər sürücü və bir nəfər sərnişin ağır vəziyyətdə xəstəxanaya aparılıb. Hazırda ölən və yaralanan şəxslərin adları dəqiqləşdirilir.
Polisdən həmçinin bildirilib ki, qəzanın baş verməsi Heydər Əliyev prospektində qısa müddətli tıxacın yaranmasına səbəb olub. Hadisə yerinə cəlb edilən yol polisi əməkdaşlarının səyi nəticəsində prospektdə nəqliyyatın hərəkətini bərpa etmək mümkün olub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB