Salyanda oğru dəstə həbs olunub. SİA-nın Aran bürosuna Salyan polis şöbəsindən verilən məlumata əsasən, Salyan şəhər sakini Nail Ağaverdi oğlu Bədəlov ona məxsus mağazada naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq edilməsi barədə rayon polis şöbəsinin növbətçi hissəsinə məlumat verib.
Aparılmış əməliyyat tədbirləri nəticəsində Salyan şəhər sakinləri, 16 yaşlı Abış Məhəmməd oğlu Ələkbərov, 17 yaşlı Şirin Rafiq oğlu İsayev, 17 yaşlı Emil Elşən oğlu Nəsirov və 19 yaşlı Röyal Eynulla oğlu Əmənov şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib. İlkin dindirilmə zamanı həmin dəstə üzvlərinin iyunun 5-dən iyulun 22-nə kimi müxtəlif vaxtlarda Salyan və Neftçala rayonlarında mağazalarda oğurluq etmələrinin üstü açılıb. Dəstə üzvləri 13 mağazadan oğurluq etməyə cəhd göstərib. Bunlardan yalnız 11-də oğurluq etməyə müvəffəq olublar. Həmin mağazalardan daha çox nağd pul, danışıq kartları və siqaret oğurlayıblar. Adətən oğurluğa gecə saat 3-4 radələrində getdikləri məlum olub. Şöbədə olan dəstə üzvləri ehtiyac üzündən cinayət törətdiklərini etiraf ediblər.
Faktla bağl rayon polis şöbəsində cinayət işi açılıb, istintaq aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB