Salyanda baş verən qəzada avtomobillər yenə alışıb yandı. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, hadisə bu gün gecə saatlarında Ələt-Astara magistral yolunun təxminən 93-cü kilometrliyində, Salyanın Şorsulu kəndi ərazisində baş verib.
Bakı istiqamətində hərəkətdə olan "Mersedes" markalı maşın əks istiqamətdən gələn "Qazel" markalı avtomobilin benzin bakına çırpılıb. Nəticədə ot bağlaması ilə yüklü olan Qazel markalı maşın alovlanıb. Alovun əhatə dairəsi genişlənərək hər iki maşın yanmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Yanğınsöndürənlər yanğını söndürsələr də 3,5 ton ot bağlaması ilə birlikdə yüklü olan "Qazel" və "Mercedes" tamamilə yanaraq yararsız hala düşüb.
Qəza zamanı "Mercedes"in sürücüs elə bir ciddi xəsarət almasa da "Qazel"in sürücüsü Neftçalanın Qırmızıkənd kənd sakini İqdam Aləddin oğlu Abdinov müxtəlif dədəcəli yanıq xəsarətləri alıb. "Qazel"in sürücüsü dərhal Biləsuvar rayon mərkəzi xəstəxanasına aparılıb. Xəstəxanada sürücüyə ilk tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün Bakı şəhərinə göndərilib.
Qəzaya səbəb "Mercedes"in sürücüsünün yuxulu olduğu ehtimal olunur.
Faktla bağlı Baş Dövlət Yol Polisinin istintaq və təhqiqat idarəsində araşdırmalar aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB