Suriyada Türkiyənin yük maşınları yandırılır

Suriyada Türkiyənin yük maşınları yandırılır

Suriyada davam edən vətəndaş müharibəsi nəticəsində ölkənin Türkiyə ilə sərhədində artıq təhlükəsizlik problemi artıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumatına görə, Suriyaya gedən avtomobillər təhlükəsizliklərinə təminat olmadığı üçün sərhəd qapısından geri qayıdırlar. Reyhanlı mahalındakı Cilvegözü sərhəd keçid məntəqəsindən bir müddət əvvəl Suriyaya yük aparmaq üçün Babel-Hava Sərhəd darvazasına gedən bəzi Türk TIRları qarşıdurmanın ortasında qalıb. Bu sırada sürücülər TIR-lardan bəzilərinin yandırıldığını bəzilərinin isə qaçırlıdığını söyləyiblər.

Qeyd edək ki, son məlumatlara əsasən artıq dəqiq məlum olub ki, Bab əl-Hava sərhəd-keçid məntəqəsində türkiyəli sürücülərə məxsus 12 TIR yandırılıb. Sürücülər TIR-ların Türkiyəyə gətirilməsi üçün Hatay valiliyinə müraciət etsə də Suriyanın Babel-Hava Sərhəd Qapısı yaxınlarında bəzi Türk TIRlarının yandırıldığı öyrənilib.


Mənzər Ərçəqızı

Bütün xəbərlər Facebook səhifəmizdə