Qubada Kamaz markalı avtomobilin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, baş vermiş hadisə Quba-Qusar yolunun 2-ci km-də, Dağlı kəndi ərazisində qeydə alınıb.
54 yaşlı Şabran sakini Aydın Həmidovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili yoldan çıxaraq 50 metr hündürlükdən dərəyə aşıb. Bu zaman sürücü özünü avtomobildən kənara atıb. Qəzadan sonra Aydın Həmidov Quba RMX-na aparılsa da xəsarətləri yüngül olduğundan ambulator müalicəyə buraxılıb.
Quba RPŞ-dən verilən məlumata görə, ilkin versiya olaraq qəza sürücünün yol hərəkəti qaydalarına düzgün əməl etməməsi səbəbindən baş verib. Həmçinin Aydın Həmidovun sükan arxasında yuxlaması da ehtimal edilir.
Hazırda faktla bağlı Quba RPŞ-də araşdırmalara başlanılıb. Təyin olunmuş avtotexniki və tibbi ekspertizaların rəyindən sonra qəzaya düzgün hüquqi qiymət veriləcək.
Emin Kərimov, Quba
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB