Salyanda bir ailə faciəsi yaşanıb

Salyanda bir ailə faciəsi yaşanıb

Salyanda bir ailədə faciə baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Salyan rayonunda 15 yaşlı oğlunun intihar xəbərini eşidən ana özünə qəsd edib. Salyanın Marışlı kənd sakini, 1995-cil təvəllüdlü Rəmzi Səmədağa oğlu Qurbanov yaşadığı evin qarşısındakı bağda ərik ağacından özünü asaraq intihar edib.


Rəmzi Qurbanovun meyiti səhər öz yaxınları tərəfindən aşkar edilib. Bunu bilən Rəmzinin anası 1961-ci il təvəllüdlü Bəhruzə Əlifağa qızı Qurbanova evdə sirkə esensiyası içərək öznə qəsd edib.


Bəhruzə Qurbanova dərhal Salyan rayon mərkəzi xəstəxanasına aparılıb. Hazıırda reanimasiya şöbəsində yerləşdirilib.


Hələlik intiharın əsl səbəbi məlum deyil. Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.


İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə