Bakıda polis əməkdaşı bıçaqlanıb

Bakıda polis əməkdaşı bıçaqlanıb

Bakıda polis əməkdaşı bıçaqlanıb.Yasamal Rayon Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, hadisə polis baş-leytenantı Emin Məmmədovun xidməti vəzifəsini yerinə yetirdiyi zaman törədilib.


Belə ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinin əməliyyat müvəkkili, 37 yaşlı Emin İdris oğlu Məmmədov naməlum şəxslər tərəfindən bıçaqlanıb. O, çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.


Hazırda hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə