Yol qəzasında 2 nəfər yanaraq kül oldu

Yol qəzasında 2 nəfər yanaraq kül oldu

Səlyanda baş verən dəhşətli yol qəzasında 2 nəfər yanaraq kül oldu. SİA-nın Aran bürosuna məlumat verən BDYP idarəsinin istintaq və təhqiqat idarəsinin müstəntiqi Qəzənfər Mansurov bildirib ki, hadisə bu gün saat təxminən 17:00 radələrində Ələt-Astara magistral yolunun 33-cü kilometrliyində Salyanın Yenikənd kəndi ərazisində baş verib.


Bakının Binəqədi rayon sakini, 1969-cu il təvəllüdlü Rasim Sahibzaman oğlu Şirəliyevin idarə etdiyi Kamaz markalı yük maşını ilə Salyan rayonunun Xələc kənd sakini Qobustan cəzaçəkmə müəssisəsinin əməkdaşı Rəsul Becan oğlu Fərzəliyevin idarə etdiyi Qaz-31 markalı 10-MN-443 dövlət nömrə nişanlı maşınla qarşı-qarşıya toqquşub.


Hadisə zamanı maşın qəfil alovlanmağa başlıayıb. FHN-nin əməkdaşları hadisə yerinə gələrək yanğını söndürməyə müvəffəq olublar. Lakin Qaz-31 sürücüsü Rəsul Fərzəliyev və yanındakı sərnişin olan həmkarı maşının içərisində yanaraq kül olub.


Faktla bağlı BDYP–nin istintaq və təhqiqat idarəsində cinayət işi açılıb, araşdırma aparılır.


İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə