Azərbaycan paytaxtında biznesmen qadının qətlində şübhəli bilinən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, iyunun 22-si saat 17 radələrində Suraxanı rayonu İ. Məmmədov küçəsində yaşayan Zibeydə Dadaşovanın evində yanğın baş verib. Nəticədə Z.Dadaşova yanıq xəsarətlərindən 3 saylı Şəhər Klinik Xəstəxanasında ölüb.
Müayinə zamanı meyitin üzərində, sinə nahiyəsində 6, ayağında isə bir kəsilmiş-deşilmiş xəsarət aşkar edilib.
Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Bülbülə qəsəbə sakini Samir Səlimov iyulun 6-da tutulub.
Qeyd edək ki, qətlə yetirilən qadın bizneslə məşğul olub. Hadisəni törədən S. Səlimov qadını öldürüb və evi qarət edib. Daha sonra izi itirmək məqsədi ilə evi yandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB