Ölkədə bir gündə 3 nəfər bədbəxt hadisə nəticəsində ölüb

Ölkədə bir gündə 3 nəfər bədbəxt hadisə nəticəsində ölüb
Azərbaycanda bir gündə 3 nəfər bədbəxt hadisə nəticəsində ölüb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 6-da Şəki şəhərinin Qoxmuq kənd sakini Humay Ağakişiyeva və Şabran rayonunun Ağalıq kəndi ərazisində Bakı şəhər sakini Ağadadaş Nəcəfov elektrik cərəyanının vurması nəticəsində ölüblər.

Yevlax rayon sakini Əli Talıbov isə yeni tikdiyi evdə təmir işləri apararkən hasardan yıxılaraq dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə