Ağır yol-nəqliyyat hadisəsi can aldı

Ağır yol-nəqliyyat hadisəsi can aldı
Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, hadisə iyunun 30-u saat 17 radələrində Zığ yolunda qeydə alınıb. Bakı şəhər sakini Elşən Talıbov idarə etdiyi "VAZ-21015" markalı avtomobillə yolu keçmək istəyən piyada Nazim Hacıyevi vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb. "VAZ-21015"-in sərnişini Samir Əhmədov isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə