Kür çayının üzərindən keçən körpüdə baş verən avtoqəzada 3 nəfər yaralanıb. SİA-nın Aran bürosunun məlumata görə, bu gün saat 16.30 radələrində radələrində Şirvan şəhəri ilə Sabirabadı birləşdirən körpünün üstündə 10 MN 451 dövlət nömrə nişanlı "Ford" markalı mikroavtobusla 1942-ci il təvəllüdlü Cümşüdov Tofiqin idarə etdiyi VAZ 2107 markalı 18 BE 863 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Nəticədə VAZ 2107-nin sürücüsü ağır vəziyyətdə (komatoz, politravmalarla) və daha iki nəfər- 1973-cü il təvəllüdlü Qəhrəmova Lyubov Nikolayevna, 1989-cu il təvəllüdlü Nağıyev Nicat müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Qəza nəticəsində körpüdə bir saata qədər tıxac yaranıb.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB