Bakının Nərimanov rayonunda bədbəxt hadisə baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, Nərimanov rayonunda 1 nəfər fərdi evdə beton pilləkənin uçması nəticəsində dağıntıların altında qalıb.
Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beton pilləkənin dağıntıları arasında sıxılmış və huşsuz vəziyyətdə qalmış 1980-cı il təvəllüdlü Cəfərova Rübabə Zamiq qızını çıxardaraq aidiyyəti üzrə təhvil veriblər.
Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı R.Cəfərovanın vəfat etdiyi müəyyən edilib. Əməliyyat saat 10:52-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB