Qobuda yanğın baş verib

Qobuda yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, dünən Abşeron rayonunun Qobu qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ticarət mərkəzində yanğın olub.

Nazirlikdən bildirilib ki, yanğın zamanı ticarət mərkəzinin yanar konstruksiyaları, içərisində olan ərzaq malları 120 kv.m sahədə və tikilinin dam örtüyünün yanar konstruksiyaları 120 kv.m sahədə yanıb.

Qobu qəsəbə sakinlərindən aldığımız məlumata görə, obyektdə bir nəfərə məxsus 3 mağaza fəaliyyət göstərirmiş. Günorta saatlarında baş verən yanğın nəticəsində mağazalar yanaraq külə dönüb. İçəridən heç nə çıxartmaq mümkün olmayıb.

Yanğının hansı səbəbdən baş verdiyi isə bilinmir.

Bütün xəbərlər Facebook səhifəmizdə