Neftçala rayonunda qətl hadisəsi törədilib

Neftçala rayonunda qətl hadisəsi törədilib

Neftçala rayonunun Mirqurbanlı kəndində qətl hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Neftçala sakini, 1979-cu il təvəllüdlü İmanov Anar Rəhim oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1983-cü il təvəllüdlü İmanova Samirə Fəxrəddin qızını bıçaqla qətlə yetirib.

Qaynanası qızını qorumaq məqsədi ilə kürəkəni saxlamaq istəyərkən ona da xəsarət yetirilib. 1953-cü il təvəllüdlü Quliyeva Cəmilə Rəhman qızı aldığı bıçaq yarası səbəbindən Neftçala Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisəni törətməkdə təqsirli bilinən kürəkən gizlənmək istəsə də Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ələ keçirilib. Faktla bağlı istintaq araşdırması aparılır.


Bütün xəbərlər Facebook səhifəmizdə