Ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib - FOTO

Ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib - FOTO

Hacıqabulun Qarasu kəndi ərazisində yenə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

SİA-nın Aran bürosunun verdiyi məlumata əsasən, bu gün günorta saatlarında Bakı-Qazax yolunun 144-cü kilometrliyində Hacıqabul rayonun Qarasu kəndi ərazisində sürücü 1977-ci il təvəllüdlü Hüseynov Zamir Zakir oğlunun idarə etdiyi "VAZ 2106" markalı 10 XN 665 nömrəli avtomabillə, sürücü 1959-cu il təvəllüdlü Hüseynov Qulu Məhərrəm oğlunun idarə etdiyi "Mersedes Benz" markalı 90 HJ 898 nömrəli minik maşını toqquşub. Nəticədə "VAZ 2106" markalı avtomobildə olan sərnişin 2006-cı il təvəllüdlü Hüseynov Zakir Zamir oğlu və 1956-cı il təvəllüdlü Hüseynova Zəminə Ağababa qızı hadisə yerində dünyalarını dəyişiblər. "VAZ 2106" markalı "Jiquli" avtomaşında olan digər sərnişin 1983-cü il təvəllüdlü Əmənova Şəhla Vaqif qızı və "Mersedes"də olan 1956-cı il təvəllüdlü Hüseynova Gülnaz Əşrəf qızı isə xəsarət alaraq Hacıqabul rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumat üçün bildirək ki, hər iki avtomobilin sürücüləri və sərnişinlər Bakı şəhər sakinləridir.

Qeyd edək ki, faktla bağlı BDYP-nin istintaq bölməsində cinayət işi açılıb, araşdırma aparılır.



İqbal Mikayılov


Bütün xəbərlər Facebook səhifəmizdə