Ötən gün səhər saat 08.02 radələrində Qusar rayonunun Kuzun kəndində kənd sakini 37 yaşlı Teymur Həsənbəy oğlu Rəşidovun üzərində bıçaq yarası və zorakılıq əlamətləri olan meyiti tapılıb. Səhər saatlarında Qusar rayonunda meyiti tapılan şəxsin qətlinin təfərrüatları məlum olub. Qusar polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumun qonşusu 37 yaşlı Gülbala Muradov şübhəli şəxs qismində saxlanılıb.
Qusar rayon prokurorluğunun müstəntiqi Azad Əliyevin SİA-nın Şimal bürosuna verdiyi məlumatda Teymur Rəşidovun belində, kürəyində, boynunda və qarnında olmaqla bədəninin müxtəlif yerində 40 bıçaq zərbəsi və zorakılıq əlamətləri aşkarlandığını deyib.
Qeyd edək ki, faktla bağlı cinayət məcəlləsinin 120.1 (Qəsdən adam öldürmək) və 228.4 (soyuq silahdan istifadə) maddələri ilə cinayət işi açılıb.
Məlumat üçün bildirək ki, üç qız atası olan T. Rəşidov "Şahdağ" turizm mərkəzində fəhlə işləyirdi.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB