Paytaxtda 4 avtomobil toqquşdu
Bakı şəhəri, Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, hadisəyə BMW, "Mercedes", "Mitsubishi" və "Toyota" markalı 4 minik avtomobilinin zəncirvari toqquşması səbəb olub. Nəticədə, avtomobillər zədələnib, BMW markalı avtomobilin sürücüsü və 3 nəfər sərnişini xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb və hadisə yerinə cəlb olunmuş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə