Bir ailənin iki üzvünü maşın vurub

Bir ailənin iki üzvünü maşın vurub

Bu gecə saat 01.05 radələrində Binəqədi rayonu ərazisində Hacıqabul rayon sakini Rafiq Cəfərov idarə etdiyi "VAZ-2103" markalı avtomaşınla Bakı şəhər sakinləri Mahirə İbrahimova və onun oğlu Elvini vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, xəsarətlə xəstəxanaya yerləşdirilmiş Mahirə İbrahimova orada ölüb, Elvinin vəziyyəti isə orta-ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə